
Xəbərlər
14.08.2024, 19:04
Mahmud Abbas Türkiyəyə gəlir - Ərdoğan

Fələstin Prezidenti Mahmud Abbas bu gün Türkiyəyə yola düşüb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı keçirilən rəsmi mərasimdə çıxışı zamanı deyib.
O xatırladıb ki, Mahmud Abbasın sabah Türkiyə Böyük Millət Məclisində çıxışı planlaşdırılır.
Qeyd edək ki, ötən gün M.Abbas Rusiyada səfərdə olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













