Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq


Qarabağ Universitetində tədrisin hansı dillər üzrə aparılacağına aydınlıq gətirilib.

"Report"un sorğusuna cavab olaraq universitetdən bildirilib ki, bu il tədris Azərbaycan və ingilis dilində aparılacaq, rus dili bölməsi üzrə qəbul isə yoxdur.

Həmçinin qeyd edilib ki, ingilis dili bölməsi üzrə təhsil alacaq tələbələrin birinci ildə dil biliyinin təkmilləşdirilməsi üçün işlər görüləcək. Növbəti ildən isə bütün tədris ingilis dilində aparılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır.

Son xəbərlər

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031