“Qisas” antiterror əməliyyatından iki il ÖTÜR
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından iki il ötür.


Turaztv.az "Unikal"-a istinadən xatırladır ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Ardınca bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb.

“Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Son xəbərlər

Şöbə rəhbəri UEFA-dan təyinat aldı

Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)

“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Bu dəfə Mayamidə görüşəcəklər

Araz Ağalarovun gənc xanımı özünə butik açdı

Mayisə Əsədulla qızı : KƏNDDƏ AY İŞIĞINDA - FOTO

İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Sahibə Qafarova Tanzaniyada koordinasiya iclasına sədrlik etdi - FOTOLAR

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031