Samir Abasovdan qalmaqallı açıqlama - “Əvəzetmə üçün futbolçumuz yox idi”
Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar” (Macarıstan) – “Sumqayıt” oyunundan (0:0) sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Turaztv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, böyük itkilərimiz var idi. Ümumiyyətlə, Konfrans Liqasına hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, üstəlik Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması… Çox şeyi dəyişib oyuna çıxmalı idik. Başqa variantla oyuna yanaşmalı olduğumuzu düşündük. Futbolçular nəyə gücləri çatdısa, etdi. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.

– İki oyunda da yaxşı oynasanız da, mərhələ keçə bilmədiniz. Sizi üzən nə oldu?

– Çarəsizlik, gördüyümüz şeyləri düzəldə bilməməyimiz. Futbolçular öz mövqelərində oynasaydılar, nələrsə edə bilərdik. Çətinliyimiz bunlar oldu. Çox üzülürəm. Bu püşk atılandan öncə də futbolçularıma da rəqib fərqini qoymamışdım. Düşünürdük ki, azı bir mərhələ keçərik. Əfsuslar olsun, mənim hər dəfə başıma gələn eyni situasiya təkrarlanır…

– İki matçda da dəyişiklikləri sona az qalmış etdiniz. Bu, nə ilə bağlıdır?

– Bəzi futbolçuların gücünü itirməsinə görə. Baş məşqçi kimi əmin edirəm ki, bilsən ki, kənardan gələn nəyisə dəyişə biləcək, daha tez edərsən. Amma görürsən ki, 10-cu dəqiqədə dəyişsən də, 90-da dəyişsən də, heç nə olmayacaq. Buradakı əvəzetmələri etməkdə gecikdiyimizi düşünürsünüzsə, olsun. Amma birinci matçda da məcburiyyətdən əvəzetmələr oldu. Yeni transferimiz bir həftədir bizimlədir, artıq iki oyun keçirib.

– Turun qırılma anı nə olu?

– İlk oyunda müdafiəçimizin qırmızı vərəqə alması. Məğlubiyyət yox, sadəcə “qırmızı”ya görə. Çünki bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasınız. Yeni transferimiz Slavko yorulmuşdu, əvəz edilməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizimçün təcrübədir. Hər oyun təcrübədir. Burada yanan, əziyyət çəkən bircə Sumqayıtın komandasıdır. Nihad Əhmədzadəni oyuna buraxmışdıq, gənc oyunçudur, akademiyamızın yetirməsidir. Lakin sonra tənqidləri də üzərinə alırsan ki, nə üçün o uşağı meydana buraxdın və s. Mərhələ keçə bilmədiyimiz üçün çox məyusam, əfsuslar olsun.

– Heyətin kasadlığı ilə bağı klub rəhbərliyi ilə danışacaqsınız?

– Bilmirəm, fikrim yoxdur. Necə olacağını bilmirəm.

Son xəbərlər

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bakının bəzi ərazilərində qaz olmayacaq

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Kral III Çarlz Konqresdə NATO-nun qorunmasının vacibliyini vurğulayıb

Yeni pasportlarda Trampın şəkli olacaq?

Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu

NASA: ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər

"Gönül dağı" izləyicilərinə pis xəbər

Tərəf müqabili oldular

"Arka sokaklar" mövsüm finalına hazırlaşır

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930