Xəbərlər
4.11.2023, 21:56
Samir Abbasov: Son oyunlarda inkişafdayıq
Layiqli qələbə qazandıq. Son oyunlarda inkişafdayıq.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Araz Naxçıvan”la matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov söyləyib.
Oyunla bağlı fikirlərini bölüşən S.Abbasov deyib: “Azarkeşlərimizə təşəkkür edirəm, bu gün möhtəşəm idilər, bugünkü qələbədə böyük pay sahibidirlər. Son oyunda xal itirdiyimiz üçün üzərimizdə təzyiq var idi, həm də itkilərimiz olmuşdu. Oyunun gedişatı göstərdi ki, itkilərimizin yerini doldura bildik. Futbolçularımıza təşəkkürümü bildirirəm”, - deyə Samir Abbasov əlavə edib.
Qeyd edək ki, bu gün “Sumqayıt” öz meydanında “Araz Naxçıvan”ı öz meydanında qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay