Xəbərlər
27.07.2024, 01:05
Tramp güllələndiyi yerdə daha bir görüş keçirəcək
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp Pensilvaniyada yeni seçki marafonu təşkil etməyə hazırlaşır.
Turaztv.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb. Tramp sonuncu dəfə sui-qəsd hücumu ilə üzləşdiyi Batler şəhərində tərəfdarlarını bir daha toplayacağına söz verib.
"Böyük, gözəl bir mitinq üçün Pensilvaniya ştatının Batler şəhərinə qayıdacağam", - deyə Tramp elan edib. Lakin onun iştirakı ilə seçki kampaniyasının bu şəhərdə nə vaxt keçiriləcəyini açıqlamayıb.
Xatırladaq ki, Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə baş verib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay