Paris-2024 açılış mərasimi: Yeni bomba təhlükəsi
Dəmir yolu şəbəkəsində baş verən çoxsaylı təxribatlardan sonra Olimpiya Oyunlarının açılış mərasimdən bir neçə saat əvvəl Parisin şimal-şərqindəki Vilet məhəlləsində yerləşən “Club France”ın girişi qarşısında yeni bomba xəbərdarlığı edilib.

AZƏRTAC RMC radiosuna istinadla xəbər verir ki, 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimindən əvvəlki son bir neçə saat Fransa təhlükəsizlik xidmətlərinin gərgin fəaliyyəti ilə yadda qalıb. “RMC Sport”un verdiyi məlumata görə, Fransa Milli Dəmir Yollarının 800 000 sərnişininə təsir edən təxribat dalğasından sonra “Club France”ın girişinin qarşısında yeni bir bomba təhlükəsi bildirilib. “Club France”ın qarşısı və yaxınlıqdakı restoranlar tamamilə boşaldılıb.

Bir saatdan çox davam edən yoxlamadan sonra səlahiyyətlilər bomba təhlükəsinin aradan qaldırıldığını bildiriblər.

Tədbirlə bağlı risklərə görə Olimpiya Oyunlarının açılış mərasimi üçün Parisə çox sayda polis qüvvələri cəlb olunub. Tamaşaçıların, nümayəndə heyətlərinin və iştirak edən çoxsaylı dövlət başçılarının təhlükəsizliyini təmin etmək üçün mərasimin əhatə etdiyi 12 km-lik ərazini qorumaq üçün 50 minə yaxın polis əməkdaşı və jandarm səfərbər edilib.

Bu, hər 100 metrdə dörd polis nəfəri və ya jandarm deməkdir. Səfərbər olunan qüvvələr arasında BRI, GIGN və RAID (müxtəlif təyinatlı polis və jandarm bölmələri – red.) üzvləri var. Bundan əlavə, 2024-cü il Paris Olimpiadasının açılış mərasiminin optimal təhlükəsizlik şəraitində keçirilməsi üçün 2000 nəfər bələdiyyə polisi də cəlb olunub.

Son xəbərlər

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031