Dövlət Komitəsində ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüş keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin (BDAİ) beynəlxalq dini azadlıqlar və xüsusi tapşırıqlar üzrə səfirinin müavini Ceyson Maklarni ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdəki tolerantlıq və həmrəylik mühiti barədə danışan sədr müavini bildirib ki, bu mühitin qorunması və möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhlükəsizliyin bərqərar olması dövlətin qarşısında duran başlıca vəzifələrdən biridir. Azərbaycanda bütün dini konfessiyalar hərtərəfli diqqət və qayğı ilə əhatə olunub, zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək şəkildə fəaliyyət göstərməyən bütün dini icmalara zəruri şərait yaradılıb. Həmçinin hər il dövlət büdcəsindən ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə həm İslam, həm də qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılır. Gündüz İsmayılov vurğulayıb ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunması, eləcə də tarixi-dini abidələrin bərpasına görə regionun aparıcı dövlətidir.

Görüş zamanı ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı ilə bağlı 2023-cü il üzrə hesabatına da toxunan sədr müavini Azərbaycan reallıqlarının təhrif edildiyini diqqətə çatdırıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən qonaq dini qurumların qeydiyyatı, fəaliyyəti, habelə digər müvafiq məsələlərlə bağlı fikirlərini bölüşüb.

BDAİ-nin Şərqi və Cənubi Avropa ölkələri üzrə müşaviri Sonya Fernandes, ABŞ-nin Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Dayana Braun və Dövlət Komitəsinin rəsmilərinin iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930