Fransa və Ermənstanın KTMT planı - ŞƏRH

 
Ermənistan sülh prosesinə əngəl törəməkdə davam edir. Bir tərəfdən Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində bəyanatlar verir, digər tərəfdən sərhəddə təxribatlar törədir, ordusunu müasir silahlarla təchiz edir.

Bu il iyunun 19-da Fransanın 36 ədəd SEZAR özüyeriyən haubitsasının Ermənistana verilməsi isə riyakarlığın, İrəvanın saxtakar mahiyyətinin pik həddi olub. Bu azmış kimi, 100-ə yaxın tanınmış fransız ictimai-siyasi xadim Ermənistana silahlı qüvvələrin göndərilməsi xahişi ilə prezident Emmanuel Makrona müraciət ünvanlayıb.

Müraciətdə Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırışın yer aldığı məlum olub.

Təsadüfi deyil ki, son dövrlərdə Ermənistan rəsmilərinin Fransaya səfərlərinin sayı artıb. Bu günlərdə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidentinin xarici məsələlər üzrə müşaviri Emmanuel Bonn ilə görüşüb. Danışıqların məzmunu barədə danışan Qriqoryan ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq və erməni-fransız münasibətlərinin müzakirə olunduğunu dilə gətirib. Regiondakı vəziyyət və bölgədə təhlükəsizlik məsələləri də danışıqlarda müzakirə olunub. Bundan əlavə, onun Makronun diplomatik müşaviri Emmanuel Buxvalter və diplomat Bris Rokfeylə də görüşü baş tutub. Qriqoryanla eyni vaxtda müdafiə naziri Suren Papikyan da Parisə səfər edib. Məhz bu səfərdən sonra Ermənistana SEZAR özüyeriyən haubitsasının verilməsi qərara alınıb.
Fransa və Ermənstanın KTMT planı - ŞƏRH

Fransa və Ermənistan arasında əldə olunan razılaşmaların təfərrüatlarına gəldikdə müxtəlif ehtimallar səslənir.

Birincisi, Fransa Qərbdən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyində dəstək almağa çalışır. Ermənistanın hədəfi bəllidir. Bu ölkə KTMT ilə bağlı mütəmadi şantaj xarakterli addımlar atır. Mesajı da bundan ibarətdir - "təşkilatı tərk etsək, bizi NATO-ya üzv qəbul edəcəksiniz?". Burada əsas vasitəçi Fransadır. Əgər “yox” cavabı verilsə, Ermənistan hakimiyyəti KTMT və Rusiyaya qarşı ritorikasını yumşalda bilər. Lakin NATO-ya üzvlük və təhlükəsizliklə bağlı vəd verilərsə, İrəvan KTMT-dən çıxmaq barədə işlərə start verəcək.

İkincisi, İrəvan bu kimi addımlarla Parisin Azərbaycana qarşı sərt mövqe nümayiş edəcəyinə ümid edir. Məsələn, ermənilər istəyir ki, Fransa Azərbaycanla bağlı irəli sürdüyü bir sıra təşəbbüsləri BMT Təhlükəsizlik Şurasına çıxarsın. Hərbi əməkdaşlıq məsələsinə gəldikdə, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa hakimiyyət orqanlarından təkcə silah deyil, daha çox şey istəyir. Məsələn, o, erməni ordusunun tədrisində və təlimində Fransanın yardımından bəhs edir.
Fransa və Ermənstanın KTMT planı - ŞƏRH

Yelisey sarayı isə İrəvanın KTMT-dən tez bir zamanda çıxmasına çalışır. Nəinki Fransa, kollektiv Qərb Ermənistanı Qafqazda növbəti anti-Rusiya meydançası kimi nəzərdən keçirirlər. Ssenari də belədir ki, erməni hakimiyyət orqanları KTMT-də böhran yaradacaq, nəticədə Rusiya hərbi bazasını ölkədən çıxaracaq. Hərbi iştirakını itirdikdən sonra KTMT İrəvanı öz sıralarından xaric edəcək. Elə Nikol Paşinyan hökuməti 2019-cu ildən də buna nail olmağa çalışır.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ilk addımı məhz KTMT ilə bağlı olub. Təşkilatın baş katibi Yuri Xaçaturov barəsində çıxarılan həbs qərarını yada salaq. Bu səbəbdən indiki komanda hər vəchlə çalışır ki, onu KTMT-dən çıxarmaq üçün səbəb tapılsın. İrəvanı tələsdirən də var – Fransa.

Ermənistan isə indiki siyasi kursu saxlamaqla problemlərini artırmış olacaq. Cənubi Qafqazda onun vasitəsilə həyata keçirilən hərbi-siyasi oyunda Paris Moskva ilə qarşıdurmada güclənməyə çalışır. Ermənistanı isə bu oyunda alət kimi istifadə edir. Bu siyasət davam edəcəksə, Ermənistan dünya nəhənglərinin ilk qurbanına çevriləcək. Belə durumda İrəvanın yenidən Moskvaya doğru istiqamət götürəcəyi gözləniləndir. Qarşı tərəf də bunu istisna etmir. Götürək elə KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun Astanada verdiyi bəyanatı. Almatıda baş tutan KTMT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Baş katib bildirib: "Ermənistan bizim müttəfiq olub və olacaq da".
Fransa və Ermənstanın KTMT planı - ŞƏRH

Maraqlıdır ki, Tasmaqambetov Ermənistanın KTMT-ni maliyyələşdirməkdən imtina etməsini diqqətdən kənarda qoymayıb və bu məsələnin Ermənistan tərəfinə çatdırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, mayın əvvəlində Ermənistanın KTMT-yə olan 53,22 milyon rubl üzvlük haqqını ödəməkdən imtina etməsi Moskvanın qəzəbinə səbəb olub. Xüsusilə, İrəvanın Fransadan silah alması fonunda Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsindən Moskvanın narazılığı başadüşüləndir. Rusiya Xarici İşlər Nazirliyi mütəmadi olaraq eyham vurur ki, Ermənistan Qərbə doğru hərəkət edərsə, Ukraynanın taleyini təkrarlamaq riski var.(Report)

Son xəbərlər

Emmanuel Makron İlham Əliyevi təbrik edib

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

İtkin düşən aktyor ölü tapıldı

Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi

“Arka sokaklar”la bağlı qərar dəyişdi

Hakan Fidanı canlandıracaq

BELA ZƏNGİBASARLI : ŞƏFALI ƏLLƏRİNİZ VAR OLSUN, QURBAN HƏKİM! - FOTO

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031