Azərbaycan İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransda təmsil olunub
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev cari ilin 21 iyun tarixində Maltada keçirilmiş ATƏT-in Malta Sədrliyinin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransında iştirak edib.

Turaztv.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Konfransda iqlim dəyişikliyinin ATƏT ərazisində təhlükəsizliyə təsirləri, hazırkı durum və iqlim dəyişikliyi ilə birgə mübarizə imkanları müzakirə olunub. Konfransda çıxış edən nazir müavini Fariz Rzayev Azərbaycanın da iqlim dəyişikliyinin təsirinə məruz qaldığını qeyd edərək bu çağırış ilə mübarizə xüsusunda görülən işlər barədə məlumat verib. Azərbaycanın ATƏT-in Nazirlər Şurası tərəfindən 2021-ci ildə Stokholmda qəbul edilmiş iqlim dəyişikliyinin törətdiyi çağırışlarla mübarizə üçün əməkdaşlığın gücləndirilməsinə dair qərarı dəstəklədiyi qeyd olunub, ölkəmizin ATƏT-in bir neçə regional layihəsində fəal iştirak etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanın uzun sürən hərbi işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi, burada ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiq edilməsi nəzərdə tutulur. Bu isə iqlim dəyişikliyi ilə mübarizə səylərinə töhfə verəcəkdir.

Nazir müavini 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək ölkəmizin həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirib. COP29 ilə bağlı ölkəmizin baxışı barədə məlumat verilib, bu tədbirin iqlim dəyişikliyi ilə mübarizə xüsusunda beynəlxalq səylərə töhfə verəcəyi qeyd olunub.

Konfrans çərçivəsində nazir müavini Fariz Rzayev həmçinin ATƏT-in Baş katibi Helqa Şmit və Maltanın Xarici və Avropa İşləri və Ticarət Nazirliyinin Daimi Katibi Kristofer Kutajar ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031