Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb - YENİLƏNİB
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı bildirdi ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı.

Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır.

Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olundu.

***

17.25

Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb.

APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb - YENİLƏNİB

Son xəbərlər

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930