Blinken ABŞ-ın İsrailə silah tədarükünü dayandırmadığını deyib
ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın İsrailə silah tədarükünün dayanmadığını açıqlayb.

APA “TASS”a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqlə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında danışan dövlət katibi güclü bombaların yalnız bir partiyasının təhvil verilməsinin dayandırıldığını bildirib.

"Bildiyiniz kimi, biz prezident Co Baydenin də münasibət bildirdiyi bir silah dolu yükü, yəni 2000 funtluq (908 kq) bombalarla bağlı məsələni müzakirə edirik. Bu silahların Rəfah kimi insanların sıx məskunlaşdığı ərazilərdə istifadəsi ilə bağlı narahatlıqlarımız var."

Onun sözlərinə görə qalan bütün silahlar həmişə olduğu kimi, yenə də İsrailə göndərilir ki, İsrailin özünü müdafiə etməsi üçün lazım olan hər şeyə malik olduğundan əmin olsunlar.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden mayın 8-də CNN telekanalına müsahibəsi zamanı İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində böyük hərbi əməliyyat keçirəcəyi təqdirdə ABŞ-ın İsrailə silah tədarükünü dayandıracağını deyib.

Ötən həftə isə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edib.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930