Xəbərlər
13.03.2024, 00:04
Ağ Ev: Vaşinqton İsrailə silah tədarükünü məhdudlaşdırmaq niyyətində deyil
Hazırda ABŞ İsrailə silah və sursat tədarükünə məhdudiyyətlər qoymaq niyyətində deyil.
Turaztv.az APA -a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz ardıcıl olaraq açıq şəkildə bildirmişik ki, haqqında danışdığınız addımlar bizim cari siyasətlərimizə daxil deyil”, - deyə Sallivan İsrailə silah tədarükünə məhdudiyyətlərin tətbiqi perspektivlərini şərh edərkən deyib.
Xatırladaq ki, bir müddət öncə “Politico” nəşri yazmışdı ki, Təl-Əviv Qəzza zolağında quru əməliyyatını anklavın cənubundakı Rəfah şəhərinə qədər genişləndirsə, ABŞ Prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmaq barədə düşünə bilər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay