Ombudsman beynəlxalq təşkilatları Fransanın jurnalistlə bağlı hərəkətini pisləməyə çağırıb


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətini pisləməyə və məsələ ilə bağlı zəruri araşdırmalar aparmağa çağırıb.

Səbinə Əliyeva xatırladıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə iştirak etmək üçün həmin ölkəyə səfər edən azərbaycanlı jurnalist 11 iyun tarixində Köln/Bonn Hava Limanında saxlanılıb və ona Fransa tərəfindən Şengen ərazisinə girişinin bloklanması barədə məlumat verilib.

Ombudsman bildirib ki, azərbaycanlı jurnalistə qarşı bu cür pis rəftar beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də söz, media azadlığı hüququnu, informasiya əldə etmək hüququnu kobud şəkildə pozur, eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyətin tətbiq olunmasına rəvac verir.

"Qeyd olunmalıdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Eyni zamanda, Fransa iştirakçısı olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına da zidd hərəkət edib" - deyə, insan hüquqları üzrə müvəkkil vurğulayıb.

S. Əliyeva xüsusilə qeyd edib ki, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınmaqla, məhz iqlim dəyişikliyi mövzusuna həsr edilmiş tədbirdə Azərbaycanın media nümayəndəsinin iştirakına bu şəkildə maneə törədilməsi yolverilməzdir:

"Fransanın siyasi münasibətlər, habelə əsassız qərəzli yanaşmalar səbəbindən jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl törətməsi, habelə hərəkət azadlığını məhdudlaşdırmağa yönəlmiş bu cür addım atması aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və məsələ ilə bağlı zəruri araşdırmalar aparılmalıdır".

Son xəbərlər

TƏBİB gücləndirilmiş iş rejimində keçir

Emmanuel Makron İlham Əliyevi təbrik edib

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

İtkin düşən aktyor ölü tapıldı

Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi

“Arka sokaklar”la bağlı qərar dəyişdi

Hakan Fidanı canlandıracaq

BELA ZƏNGİBASARLI : ŞƏFALI ƏLLƏRİNİZ VAR OLSUN, QURBAN HƏKİM! - FOTO

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031