Xəbərlər
26.05.2026, 14:42
Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyulunda Rusiyaya səfər edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov məlumat verib.
“Hazırda Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya səfər tarixi razılaşdırılır. Hər iki nazir - həm Bayramov, həm də Sergey Lavrov son dərəcə sıx iş qrafikinə malikdir, bununla əlaqədar səfər, çox güman ki, iyulda baş tutacaq. Hazırda konkret tarix dəqiqləşdirilir”, - diplomat qeyd edib.
M.Yevdokimov vurğulayıb ki, sentyabrda Azərbaycanda Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) keçirilməsi planlaşdırılır və Rusiya müdafiə naziri Andrey Belousovun bu sərgidə iştirakı mümkündür.
Xatırladaq ki, 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay