MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Mərkəzi Seçki Komissiyası (MSK) 2026-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, ilin əvvəlindən ölkə üzrə vahid seçicilər siyahısının tərtibi və dəqiqləşdirilməsi prosesinə başlanılıb.

Təxminən 5 ay davam edən əhatəli prosesin ardından 2026-cı il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub.

Seçki qanunvericiliyində müəyyən olunur ki, daimi seçici siyahıları hər ilin əvvəlindən etibarən müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə qurumu başçıları və hərbi hissə komandirləri tərəfindən təqdim edilən məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Bu istiqamətdə atılan zəruri addımların ardınca seçici siyahıları mayın 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli və dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilməklə ictimailəşdirilməlidir.

Builki proses də Seçki Məcəlləsinin sözügedən tələblərinə tam uyğun şəkildə həyata keçirilib.

2026-cı il üzrə siyahıların tərtibi və dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının 38 mindən artıq üzvü cəlb olunub.

Eyni zamanda, bütün proses boyunca Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin aidiyyəti orqanları, yerli icra strukturları və bələdiyyələrlə sıx əməkdaşlıq edilib. Bu müddətdə MSK-nın "115" çağrı mərkəzi və rəsmi internet səhifəsindəki onlayn müraciət imkanı da fasiləsiz olaraq seçicilərin istifadəsində olub.

Ənənəvi olaraq bu il də seçici siyahılarının hazırlanması və dəqiqləşdirilməsi zamanı informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən, həmçinin texniki baxımdan daha da təkmilləşdirilmiş xüsusi proqram təminatlarından geniş istifadə edilib.

Qeyd edilib ki, bu isə prosesin bütövlükdə daha operativ və effektiv aparılmasına, seçici siyahılarının yüksək standartlara uyğun hazırlanaraq çap edilməsinə mühüm töhfə verib.

Həmçinin Mərkəzi Seçki Komissiyasının üzvləri media nümayəndələrinin iştirakı ilə Komissiyanın inzibati binasında yenidən tərtib edilmiş vahid seçici siyahılarına baxış keçirib, həmçinin siyahıların hazırlanması və saxlanılması prosesi ilə tanış olublar. Bildirilib ki, seçici siyahılarının yenidən tərtibi, yoxlanılması və dəqiqləşdirilməsi zamanı fasiləsiz onlayn rejimdə fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin imkanlarından geniş istifadə edilib. "Seçkilər" informasiya şəbəkəsi vasitəsilə həyata keçirilən interaktiv ani məlumat mübadiləsi seçici siyahıları ilə bağlı işlərin operativliyini artırıb. Bununla yanaşı, seçicilərin məlumatlarının orfoqrafik yoxlanılması, təkrar və oxşar məlumatların təhlili, mövcud nöqsanların aradan qaldırılması, eləcə də siyahıların keyfiyyətli hazırlanması və çapı təmin olunub.

Daha sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb. Müzakirələr zamanı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasının seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına mühüm təsir göstərdiyi xüsusi vurğulanıb.

İclasda ilin əvvəlindən may ayının sonunadək həyata keçirilən genişmiqyaslı fəaliyyət barədə ətraflı məlumat verilib. MSK sədri Məzahir Pənahov dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Komissiyanın qərarı ilə 2026-cı ilin daimi seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi işi başa çatmış hesab olunub. Siyahıların müvafiq seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsi, tərtib olunan seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə təsdiqlənməsi işinin dairə seçki komissiyalarına həvalə edilməsi qərara alınıb.

Həmçinin Azərbaycan üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.

Son xəbərlər

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

İtkin düşən aktyor ölü tapıldı

Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi

“Arka sokaklar”la bağlı qərar dəyişdi

Hakan Fidanı canlandıracaq

BELA ZƏNGİBASARLI : ŞƏFALI ƏLLƏRİNİZ VAR OLSUN, QURBAN HƏKİM! - FOTO

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031