Tarixə qovuşan ANİMASİYA FİLMLƏRİMİZ – Uşaqlar üçün cizgi filmləri niyə ÇƏKİLMİR?


Nənə-babalarımızın dilindən eşidib xəyalımızda canlandırdığımız nağıl qəhrəmanlarını səsli, rəngli, işıqlı formada bizə təqdim edən sənət animasiyadır. Lakin animasiya təkcə uşaqlar üçün hazırlanan filmlərdən ibarət deyil. Son illərdə dərin psixoloji mesajlar ötürən musiqili kliplərin də təqdimatında cizgilərin bu cür canlandırılmasından istifadə olunur.

Həmçinin, təkcə uşaqlar üçün yox, həm də böyüklər üçün nəzərdə tutulan, festivallarda uğur qazanan qısa və tammetrajlı animasiya filmləri mövcuddur.

Azərbaycanın da animasiya film tarixi var. Ölkədə yerli animasiya filmləri ən çox sovet dövründə çəkilib. Bir müddətdir yerli seriallar, bədii filmlərin çəkilməsində inkişaf olsa da animasiya kinosu sahəsində durğunluqdur.

Uşaqların xarakterinin formalaşmasına təsir edən animasiya film sahəsində durum necədir? Son illərdə hansı filmlər çəkilib? Çəkilən filmlərə dövlət dəstək verirmi?

Bizim.Media-nın suallarını cavablayan Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANIMAFILM Beynəlxalq Animasiya Festivalının direktoru, prodüser, rejissor Rəşid Ağamalıyev deyib ki, sayı çox olmasa da hər il animasiya filmləri çəkilir:

“Uzun illər Azərbaycan animasiyası durğunluq dövrü yaşayıb. Son iki il ərzində istər dövlət, istərsə də özəl, ictimai sektor tərəfindən bu sahədə ciddi addımlar atılıb. Artıq bu il “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə 7-ci dəfə keçiriləcək. Ötən il iki film istehsal olunub, bunlar “Azanfilm” studiyasının “Baharın oğurlanması” və “Animafilm” studiyasının istehsal etdiyi “Hədis” animasiya filmləridir.

Azərbaycanda ildə bir-iki animasiya filmi çəkilir ki, onlar da qısametrajlıdır. İndiyə kimi ölkəmizdə tammetrajlı animasiya filmi çəkilməyib. Həmçinin, uşaqlar üçün animasiya serialı da çəkilməyib. Sevindirici haldır ki, hazırda bir neçə qısametrajlı, tammetrajlı və serial animasiya layihələri var. Onların üzərində iş gedir”.

Rejissor bu sahədə təhsilin də inkişaf etdiyini bildirib:

“Mədəniyyət və İncəsənət Universitetində animasya sahəsi üzrə ali təhsil davam etdirilir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Animator’s Accelerator” (Animatorların İnkişaf Proqramı) adlı uzunmüddətli, intensiv animasiya kursu açılıb. Tələbələr həmin kursu uğurla bitirdikdən sonra beynəlxalq layihələrə cəlb olunacaqlar”.

Rəşid Ağamalıyev ARKA tərəfindən müsabiqəyə təqdim olunub müsbət rəy alan filmlərin istehsalına dəstək veriləcəyini qeyd edib:

“Azərbaycan Respublikası Kino Agentliyi fəaliyyət göstərir, onlar filmlərin istehsalına dəstək verirlər. Bu il ARKA tərəfindən iki animasiya layihəsi və bir animasiya sənədli film layihəsi dəstəklənib. İkisi istehsaldadır, üçüncüsü isə tezliklə istehsala buraxılacaq.

ARKA hazırda animasiya filmlərinin çəkilməsi üçün əsas maliyyə mənbəyidir. Eyni zamanda, özəl şirkətlər də öz hesablarına animasiya filmləri çəkirlər. Amma hazırda biz onların arasında o qədər keyfiyyətli iş görmürük. Bu bir az çətin sahədir, dövlətin dəstəyi vacibdir. Ən azı 30-50 faiz maliyyə dəstəyi olsa, digər hissəsini şirkətlər özləri cəlb edə bilərlər. Bu təcrübə Avropada da, Rusiyada da var”.

O, çəkilən filmlərin yerli televiziyalarda nümayişi məsələsinə də toxunub:

“Televiziyada nümayiş olunur, lakin arzu edərdik ki, minimal ekran vaxtı müəyyən edilsin və daha çox animasiya filmləri nümayiş olunsun. Müasir animasiya filmləri demək olar ki, ümumiyyətlə nümayiş olunmur. Əsasən yerli və xarici festivallarda nümayiş olunur. Kinoteatr şəbəkələrində isə xarici tammetrajlı animasiya filmləri nümayiş etdirilir”.

Bizim.Media

Son xəbərlər

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Sumqayıtda məktəb direktoru vəfat etdi

17 oktyabr 2026-cı il tarixdə Hicran Faiq Əhmədlinin kitab təqdimatı keçiriləcək.

Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt

Türkiyədə qanunsuz miqrantlar saxlanıldı

Sazın sehrində, sözün qüdrətində yaşayan ömür - Aşıq Altay Məmmədli

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031