“Hədis” animasiya filmi İzmirdə keçirilən beynəlxalq festivalda nümayiş etdiriləcək
“Hədis” qısametrajlı animasiya filmi Türkiyədə keçirilən, “Oscar” mükafatı kvalifikasiyalı 24-cü İzmir Beynəlxalq Qısa Filmlər Festivalının “Panorama” proqramına seçilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, festival noyabrın 14-dən 19-dək keçiriləcək.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Eyni zamanda, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

Ekran əsərinin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi səslənir.

“ANİMAFİLM Studio”nun istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Qeyd edək ki, filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında keçirilib.

Son xəbərlər

Bakıdan rayonlara axın başlayır? - Yayılan siyahı təəccüb doğurdu

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib

Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

30 ildən 44 günə... - Fotolar

Yapon uzun ömürlülərinin sayı 100 min nəfəri keçib - sirri nədir?

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031