Azərbaycanlı rejissorun filmi Kann festivalında nümayiş olunacaq - FOTO
“Xatirə və Xəta” bədii filmi Kann festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən, son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir. Həmçinin film yol hərəkəti qaydalarına riayət olunması barədə geniş kütləni maarifləndirmək məqsədi daşıyır.

Turaztv.az xəbər verir bu barədə AZƏRTAC-a məlumat verən filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov deyib: “Kann” festivalının direktoru Kristian “Xəta və Xatirə” filminin sinopsisini oxuduqdan sonra filmi festivalda mübarizəyə qoşulması üçün lazım olan ödəniş rüsumundan azad edib və buna görə ona təşəkkürümü bildirirəm. Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Müxtəlif festivallara qatılmışıq və beynəlxalq tədbirlərdə 190-dan çox mükafat qazanmışıq”.

Onun sözlərinə görə, film kommersiya məqsədi daşımır. “Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlər 17 platformaya yerləşdirilib. Ekran işimiz “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş işıqlandırılıb. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəsinin təbliği işinə töhfə verməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissoru Amil İskəndərov, montajçısı Elnur Tarverdiyevdir.
Azərbaycanlı rejissorun filmi Kann festivalında nümayiş olunacaq - FOTO

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930