“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” adlı silsilə film nümayişlərinin açılış mərasimi olub -FOTO
Avqustun 3-də “CinemaPlus Gənclik Mall” kinoteatrında Mədəniyyət Nazirliyi və Kino Agentliyinin və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişlərinin açılış mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək, Azərbaycan kinosunun inkişafı istiqamətində təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb: "Azərbaycan Kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə klassik Azərbaycan filmləri festivalını keçirməyi düşündük. Bu yolda bizə dəstək olan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyasına sonsuz təşəkkürümüzü bildiririk ki, burada nümayiş olunacaq filmləri bizə təqdim etdilər. Biz bütün bu filmləri tam yeni formatda yenilədik və bunu də sizə nümayiş etdirmək istədik".

Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov kino nümayəndələrini təbrik edərək bildirib ki, 2 il bundan əvvəl Rusiya kinoteatrlarında oxşar bir təşəbbüslə çıxış etdik və təxminən bir həftə ərzində Azərbaycan kinosu Moskva kinoteatrlarında nümayiş olundu: "Azərbaycan kinosunun qərib ölkədə nümayişi bizim üçün qürurverici idi. Orada klassik filmlərimizlə yanaşı, müasir filmlər də nümayiş olunurdu. Eyni zamanda, Azərbaycanın səssiz filmləri də orada təqdim edildi. Bizim milli filmlərimiz universaldır və bütün ölkələrdə nümayişə tam yaralı ekran əsərləridir".

Xalq artisti, kinorejissor Vaqif Mustafayev bu layihənin gözəl təşəbbüs olduğunu vurğulayaraq Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, həmçinin bütün kino ictimaiyyətini təbrik edib.

Sonda 1985-ci ildə istehsal edilən "Bəyin oğurlanması" filmi tam yenilənmiş versiyada nümayiş olunub.

Qeyd edək ki, avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” üzrə 21 Azərbaycan filminin nümayişi təşkil olunacaq. Giriş sərbəstdir.
“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” adlı silsilə film nümayişlərinin açılış mərasimi olub -FOTO
“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” adlı silsilə film nümayişlərinin açılış mərasimi olub -FOTO
“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” adlı silsilə film nümayişlərinin açılış mərasimi olub -FOTO
“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” adlı silsilə film nümayişlərinin açılış mərasimi olub -FOTO

Son xəbərlər

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930