Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb
Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb.
Turaztv.az "Report"-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb.