
Xəbərlər
10.05.2024, 01:54
"Olimpiakos" Konfrans Liqasının finalına çıxıb
UEFA Konfrans Liqasında ikinci finalçının adına aydınlıq gəlib.
Turaztv.az APA-a istinadən xəbər verir ki, ilk oyunda İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxışla yadda qalıb.
Liman şəhəri Pireyin (Piraeus) Georgios Karaiskakis stadionunda keçirilən matçda yunanlıllar 2 cavabsız qolla qalib olub.
Bu nəticə ilə "Olimpiakos" finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.
Final qarşılaşması mayın 29-da Afinadakı OPAP Arenada baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
