İndoneziyada 6,2 bal gücündə zəlzələ olub
İndoneziyanın Qərbi Papua əyalətinin Fakfak bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ ocağı yerin 12,1 kilometr dərinliyində qeydə alınıb.
İlkin məlumatlara görə, ölən və ya yaralanan yoxdur.