
Xəbərlər
5.02.2020, 23:05
Vilayət Eyvazovdan yeni — TƏYİNAT

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub.
Turaztv.az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Cavidan Əlizadə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, C. Əlizadə bundan əvvəl Sabunçu rayon polis idarəsinin baş müstəntiqi vəzifəsində işləyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









