Dağlarım, Şuşam, Vətənim - FOTOLAR
Dağlarım, Şuşam, Vətənim

Qışda başında var ağ kəlağayı,
Yazda butalanır xınalı dağlar.
Çiçəkli örpəyin örtür başına,
Yaşıl yamaclara gələndə bahar.

Çəkib sinəsinə çiçək ətrini,
Otlar üzərində şeh baxıb gülür.
Dağıdıb bir qızın qara telini,
Sonra oğrun- oğrun meh baxıb gülür.

Sanki nəğmələnir çayların səsi,
Qartal məğrur- məğrur süzür havada.
Günəş öz nurunu yayır cahana,
İndi çal- çağır var eldə, obada.

Budur kəklikotu boylanır, baxır,
Görən necə çıxıb daş arasından.
Bir kolun dibində bənövşəyə bax,
Silkələnib çıxıb qış arasından.

Lalələr bəzəyir yamacı , düzü,
Günəşin nurunda alışıb yanır.
Doğma torpağımın yamaclarında
Ümidim sevinir, arzum dolaşır.

Bülbülün , Qasımın , Xanın nəfəsi,
Muğamı, segahı qalıb yadigar.
Budur xarıbülbül ağlamır daha,
İndi torpağımın min cəlalı var.

Gözəl Cıdır düzüm cənnət bağıdır,
Bu qazimdir gəzir azad elimdə.
Bir şirin uşaqda təbəssümə bax,
Gəzdirir bayrağın kiçik əlində.

Qoruyub oğullar şəhid oldular,
Canıyla, qanıyla yurdun torpağın.
Ruhu qarşısında baş əyirik biz,
Onlar ucaltdılar Vətən bayrağın.

Neçə şəhidimin can qoyduğu yurd,
Dəyişib görkəmin, ruhun havasın.
Gəlin dağlarına bir salam verək,
Bağrımıza bacaq Şuşa qalasın.

Haqqınız ödənməz şəhidim , qazim,
Dağda, daşda qalan izinə qurban.
Şuşamdır başında zəfər çələngi,
Yaşasın Vətənim, can Azərbaycan!

Arzu Yaqub qızı.

Dağlarım, Şuşam, Vətənim - FOTOLAR
Dağlarım, Şuşam, Vətənim - FOTOLAR
Dağlarım, Şuşam, Vətənim - FOTOLAR
Dağlarım, Şuşam, Vətənim - FOTOLAR
Dağlarım, Şuşam, Vətənim - FOTOLAR
Dağlarım, Şuşam, Vətənim - FOTOLAR

Son xəbərlər

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031