“Mən vəzifə xəstəsi deyiləm” - Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Olduqca gərgin və stressli oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi. Hamı bilirdi ki, burada qazanılan qələbə və ya məğlubiyyət kimi qabağa çəkə bilər, ya da geri sala bilər. “Sumqayıt” çox yaxşı formadadır. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Oyunun ədalətli nəticəsi bərabərlik idi. Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini artıracaq. Buna əminəm. Qarşıda biri-birindən maraqlı oyunlar gəlir. Hər biri çox önəmlidir. Getdikcə gərginlik artır. Futbolçularda da, azarkeşlərdə də hiss olunur. Əlimizdən gələni edəcəyik sonda sevinən tərəf biz olaq.

“Sumqayıt” əsas rəqiblərimizdən biridir. Bu heç-heçə şəxsi oyunlarda da bizə üstünlük verdi. Aramızdakı 2 xallıq fərqi qoruya bildik. Ən azı 1 heç-heçə limitimiz var. 2 xal itirdiyimizi desəm, ədalətsizlik olar. Düşünürəm ki, bu gün səfərdə 1 xal qazandıq.

Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Əgər medallar uğrunda mübarizə aparmaq imkanı varsa, niyə də olmasın?! Hər komanda bunu istəyir. Bizim də şansımız var. Sona qədər mübarizə aparacağıq.

Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu rənglərə üstünlük verirəm. Hər məşqçi istəyər ki, “Neftçi”də, “Qarabağ”da, milli komandada çalışsın. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var. Karyeramın yarısı “Neftçi”də keçib. Böyük futbolda ilk addımlarımı orada atmışam. Daha sonra karyeramın vacib hissəsini “Qarabağ”da keçirmişəm. 17 il isə millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir. İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah “Qarabağ”da da, “Neftçi”də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi olmayacağam. Ümumən istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi “Zirə”yə yönəltmişəm. Çempionat gərgin keçir. “Neftçi” rəhbərliyi də belə periodda heç bir məşqçiyə təklif göndərməz. Bu, şaiyədir. Aramızda heç bir söhbət yoxdur. Futbolçu vaxtı həmişə böyük komandalarda oynamağa tələsirdim. Məşqçi kimi fərqlidir. Məşqçiyə yetişmək üçün zaman lazımdır. Mənim “filan komandanın baş məşqçisiyəm” kimi dərdim yoxdur. Əgər xeyir verə biləcəyəmsə, o təklifi qəbul edərəm. Xeyir verməyəcəyəmsə, işləməyəcəyəm. Sabah görsəm ki, “Zirə”yə xeyir vermirəm, gedəcəyəm. Bu gün gecəmi-gündüzümü işimə həsr edirəm. Şəxsi həyatım o qədər də önəmli deyil. Qarşıda vacib oyunlar gəlir. İki illik müqavilə bağlamışam. Amma rəhbərliklə söhbətim olub ki, mövsümün sonunda təhlil edək. Əgər həqiqətən də komandaya xeyrim varsa, yola davam edəcəyik. Mən vəzifə xəstəsi deyiləm”.

Son xəbərlər

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Sabah pensiyalar tam ödəniləcək

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi - Foto

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Zakir Həsənov Pakistana başsağlığı verib

Kroufordun oğlu 27 yaşında öldü

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Şuşa ilə 40 ildən sonra...

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930