Gülafət Hacıqızı "Qızım" - FOTO
"Qızım"
Yanağında qırmızı xal,
Şal başında gözəl qızım.
İlahinin gözü səndə
Sev özünü yaşa qızım.
Cənnət gülü ətirlisən
Dözümlüsən, səbirlisən,
Bu dünyanın gözüylə sən
Sev özünü yaşa qızım.
Bir baxçanın gülü, çiçəyi
Qızların sən sən göyçəyi
Sən bu günü, gələcəyi,
Sev özünü yaşa qızım
2.04.2024 Azərbaycan