Xəbərlər
2.04.2024, 14:33
Nazir əməliyyat müvəkkilini rəis təyin etdi
Yalçın Ağabəy oğlu Abidov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu stansiyasında xətt Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi təyin edilib.
Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, bir müddət əvvəl sözügedən şöbənin Cinayət-axtarış bölməsinin rəisi Xəyal Qasımov vəzifəsindən azad olunaraq, eyni şöbənin İctimai-təhlükəsizlik qrupunun rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Y.Abidov bundan öncə Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili idi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay