Ünvanlı sosial yardım alanlara CİDDİ XƏBƏRDARLIQ
Baş Prokurorluq ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib.

Qurumdan Sonxeber.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə aparılan təhlillərlə aktuallığı ilə seçilən həssas sahələrin müəyyən edilməsi və bu istiqamətdə hüquqpozmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsi davam etdirilməkdədir.

Təhlillərdən görünür ki, vətəndaşları narahat edən məsələlər sırasına sosial müdafiə, sosial təminat sahəsi ilə bağlı mövcud olan hüquqpozmalar və sui-istifadə hallarıdır.

Odur ki, xoşagələməz hadisələrin qarşısının alınması üçün vətəndaşların bu sahədə bir sıra zəruri məlumatları bilmələri faydalı olardı.

Ünvanlı sosial yardımı kimlər ala bilər?

Azərbaycan Respublikasının "Ünvanlı sosial yardım hüququnu haqqında" Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının (ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir) məcmusundan aşağı olan aşağıdakı aztəminatlı ailələrə təyin olunur:

1. bütün ailə üzvlərinin əmək qabiliyyətsiz olması;

2. ailənin əmək qabiliyyətli üzvünün:

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi;

- 18 yaşınadək əlilliyinin müəyyən edilməsi;

- 8 yaşına çatmamış uşağa qulluq etməsi ;

- 23 yaşınadək əyani təhsil alması;

- işsiz kimi qeydiyyata alınması.

3. bundan başqa, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması.

Məsələn, bir ailə 3 nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana 2 yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin 3 üzvü üçün ehtiyac meyarı 3*270 AZN= 810 AZN şəklində müəyyən olunur. Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta aylıq gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta aylıq ailə gəliri arasındakı fərq qədər, yəni 410 manat ünvanlı sosial yardım təyin olunur.

Ünvanlı sosial yardım hansı müddətə təyin edilir?

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" altsisteminə (VEMTAS-a) 15 (on beş) iş günü müddətində məlumat verməlidir".

Son xəbərlər

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Sabah pensiyalar tam ödəniləcək

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi - Foto

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Zakir Həsənov Pakistana başsağlığı verib

Kroufordun oğlu 27 yaşında öldü

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Şuşa ilə 40 ildən sonra...

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930