Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurda “Rəqəmsal Cəmiyyət Mükafatı”na layiq görülüb
Ölkəmizdə sosial sahədə əldə olunan rəqəmsal nailiyyətlərə beynəlxalq səviyyədə də yüksək qiymət verilir.

Bunun növbəti təzahürü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurun “GovInsider” təşkilatı tərəfindən “İnnovasiyalar Konfransı-2024” tədbiri çərçivəsində keçirilən “İnnovasiya Mükafatları-2024” müsabiqəsində uğur qazanaraq “Rəqəmsal Cəmiyyət Mükafatı” kateqoriyası üzrə xüsusi mükafatla təltif olunub.

Nazirlik əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin geniş tətbiqinə görə münsiflər heyəti tərəfindən bu mükafata layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “GovInsider” təşkilatı dövlət sektorunda innovasiyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilatın keçirdiyi “İnnovasiyalar Konfransı-2024”də 27 ölkədən dövlət sektorunda çalışan 1600-dan çox mütəxəssis iştirak edib.

Tədbirdə məqsəd dövlət sektorunda transformasiyaları bir platformadan təqdim etməklə bu sahədə qabaqcıl təcrübələrin beynəlxalq səviyyədə tanıdılması və onların geniş tətbiqinin təşviq edilməsi olub.

Konfransda iştirakçılar üçün maraqlı müzakirələr, təqdimatlar və ictimai sektorun transformasiyası sahəsində əsas problemlər və imkanlardan bəhs olunan interaktiv sessiyalar təşkil edilib.

Qeyd edək ki, nazirliyin vətəndaşlara təqdim etdiyi 159 xidmətindən 140-dan və ya 90 faizindən çoxu elektronlaşdırılıb, e-sistem üzərindən 50-dən çox proaktiv xidmət yaradılıb.

Son xəbərlər

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930