Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq gündəliyi daha da genişlənəcək
Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heinz Koller və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Daren Tanq ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Heinz Kollerlə görüşdə ötən dövrdə ölkəmizin BƏT-lə əməkdaşlıqda iki Layiqli Əmək üzrə Ölkə Proqramını uğurla icra etdiyi, növbəti Proqramın hazırlanması işlərinin yekunlaşmaqda olduğu bildirilib. BƏT-in 59 konvensiyasına qoşulan Azərbaycan tərəfindən Təşkilatın daha iki Konvensiyasının ratifikasiya edilməsi imkanlarının qiymətləndirilməsi işləri aparıldığı qeyd edilib.

Azərbaycanda aparılan sosial islahatlar və DOST konsepsiyasından, əmək və məşğulluq sahələrində e-texnologiyaların geniş tətbiqindən, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitində “Çempion layihə” elan edilərək mükafatla təltif olunan “Əmək və Məşğulluq” altsistemindən bəhs olunub.

Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, İkinci Qarabağ müharibəsindən sonra 302 azərbaycanlının mina terroru nəticəsində həyatını itirdiyi və ya yaralandığı diqqətə çatdırılıb. Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazisi dünyada minalarla ən çox çirkləndirilmiş dövlətlərdən biri olduğu vurğulanıb.

H.Koller Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluğunu, ölkəmizdə aparılan sosial islahatlar prosesində gələcək əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri, habelə ölkəmizin işğaldan azad edilmiş ərazilərində məşğulluq tədbirləri və layiqli əməyin dəstəklənməsi, ölkədə yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təşkili və s. istiqamətlərdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

S.Babayevin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Daren Tanq ilə görüşündə Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində müasir texnologiyaların, innovativ fəaliyyət və xidmət mexanizmlərinin tətbiqi əsasında aparılan islahatlar diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti, Mərkəzdə müxtəlif istiqamətlərdə təşkil olunan təlimlər, əlilliyi olan şəxslərin yaradıcı potensialına göstərilən dəstək işləri barədə məlumat verilib.

Həmin həssas qrupların öz əl işləri, yaradıcılıq potensialları əsasında gələcək bizneslərinin təşkili mexanizminin qurulması sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Təşkilatın Baş direktorunun müavini Hasan Klebin yaxın vaxtlarda Bakıya səfərinin və səfər çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də tanış olmasının nəzərdə tutulduğu qeyd olunub.

Görüşdə, həmçinin ölkəmizdə icra olunan özünüməşğulluq proqramı çərçivəsində kiçik mikro bizneslərin yaradıldığı, DOST modeli üzrə “bir pəncərə”dən göstərilən xidmətlərdən birini də mediasiya xidməti təşkil etdiyi, bu istiqamətlərdə də əməkdaşlıq üçün potensialın olduğu bildirilib.

Son xəbərlər

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31