Xəbərlər
25.03.2024, 00:00
ŞƏHLA XƏLİLQIZI: Yeni bir şeir nümunəsi - FOTO
Dünyada
O, gülən gözlərə yaş dolacaqsa,
Qəm çəkən bənizin de solacaqsa,
Qəlbində niskildən dərd qalacaqsa,
Qaçmaq istəyirəm ərksiz dünyadan.
Həsrətin eşqimə əzab verərsə,
O, güllü baçxanda kollar bitərsə,
Bir gün həyatımdan çıxıb gedərsə,
Mən necə zövq alım sənsiz dünyadan.
Bu həyat bilərək edərsə zülüm,
Xiffətdən dərd çəkib solarsa gülüm,
Qəm dəryasına dönərsən könlüm,
Ümidim üzülər eşqsiz dünyadan.
Qəm çəkən bənizin de solacaqsa,
Qəlbində niskildən dərd qalacaqsa,
Qaçmaq istəyirəm ərksiz dünyadan.
Həsrətin eşqimə əzab verərsə,
O, güllü baçxanda kollar bitərsə,
Bir gün həyatımdan çıxıb gedərsə,
Mən necə zövq alım sənsiz dünyadan.
Bu həyat bilərək edərsə zülüm,
Xiffətdən dərd çəkib solarsa gülüm,
Qəm dəryasına dönərsən könlüm,
Ümidim üzülər eşqsiz dünyadan.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








