Xəbərlər
1.03.2024, 21:48
Premyer Liqa: “Sumqayıt” doğma meydanda “Kəpəz”ə məğlub olub
Martın 1-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda oynanılan matç Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın heyətində qolları 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5 dəqiqədə isə Rüfət Əhmədov vurublar. Meydan sahiblərindən isə İsa Suliman 80-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra dənizçilər 36 xalla 2-ci, “Kəpəz” isə 26 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 2-də və 3-də keçiriləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay