Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik
Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun martın 1-də rəsmi açılış mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan tədbirin dünyada baş verən böhranların diplomatik yollarla həlli baxımından vacibliyini vurğulayıb.

İştirakçıları salamlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il keçirilməsi nəzərdə tutulan forumun təxirə salınmasının əsas səbəbinin fevralın 6-da baş vermiş zəlzələnin olduğunu xatırladıb.

On bir vilayətə və 14 milyon vətəndaşa təsir edən, 53 mindən çox insanın ölümünə səbəb olan bu zəlzələnin fəsadlarının aradan qaldırıldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bu çətin günlərdə Türkiyənin yanında olan dost və qardaş ölkələrə təşəkkürünü bildirib.

Vurğulanıb ki, turizm mərkəzi olan Antalya bu forumla qlobal diplomatiyanın ürəyinin döyündüyü mərkəzlərdən birinə çevrilir. Bu il iştirakçıların sayı bunun əyani təzahürüdür.

Builki forumun əsas mövzusu barədə danışan Prezident Ərdoğan qlobal siyasətin mövcud vəziyyətinin mövzunun nə dərəcədə düzgün seçildiyini göstərdiyini, bəşəriyyətin ağrılı və böhran dövründən keçdiyini deyib.

Qeyd edilib ki, dünyada baş verən hadisələr yalnız siyasətdə deyil, istehsal, idarəetmə, ticarət, texnologiya kimi bir çox sahələrdə də özünü göstərir. Əmin-amanlıq, sülh və azadlıq əsri olacağına ümid etdiyimiz XXI əsr gözlənilənlərin əksinə, tədricən böhranlar dövrünə çevrilir. Türkiyə isə böhranlardan ən çox təsirə məruz qalan ölkələrdən biridir. Bəşəriyyətin gündəmində olan münaqişələrin, gərginliklərin, müharibələrin və risklərin böyük əksəriyyəti Türkiyənin yaxın coğrafiyasında yaşanır.

Ərdoğan çıxışında bəşəriyyətin üzləşdiyi digər mühüm problemlərə də diqqət çəkərək, beynəlxalq sistemin minimal öhdəlikləri belə yerinə yetirə bilmədiyini vurğulayıb.

Bütün bu çətinliklərə baxmayaraq, ölkəsinin iri addımlarla irəlilədiyini deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə iqtisadiyyatı ildə orta hesabla 5,5 faiz artıb, milli gəlir 5 dəfə artıb. Ən strateji sahələrdən biri olan müdafiə sənayesində yerli və milli istehsalın payını 20 faizdən 80 faiz səviyyəsinə qaldırılıb.

Cənubi Qafqazda vəziyyətə toxunan Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatımız vasitəsilə Türk dünyasını birlikdə daha da gücləndirmək üçün işlərimizi davam etdiririk. Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik”.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi, Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusunda keçirilən Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı iştirak edir.

Son xəbərlər

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930