Misir və BƏƏ 35 milyard dollar dəyərində kurort tikmək üçün müqavilə imzalayıblar
Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Aralıq dənizi sahilində “Ras əl-Hikmə” kurortunun tikintisinə dair 35 milyard dollar dəyərində investisiya sazişi imzalayıblar.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bununla bağlı Misirdə imzalanma mərasimi keçirilib.

“Rəs əl-Hikmə”nin tikintisi Misir və BƏƏ arasında əməkdaşlıq tarixində ən böyük layihədir: onun sahəsi nə az, nə çox 170,8 milyon kvadratmetr olacaq”, - deyə Misirin Baş naziri Mustafa Madbuli bildirib. Onun sözlərinə görə, bu sövdələşmə "Misir tarixində birbaşa investisiyalar sahəsində ən böyük sazişdir". Madbuli əlavə edib ki, BƏƏ iki ay ərzində ölkəyə 35 milyard dollarlıq birbaşa investisiya ayıracaq.

Kurort ərazisində mehmanxanaların, əyləncə zonalarının və ixtisaslaşdırılmış biznes məhəllələrinin tikilməsi nəzərdə tutulur. Ərazində beynəlxalq hava limanının tikintisi də planlaşdırılır. Madbuli hesab edir ki, kurort Misirə ən azı 8 milyon turist cəlb edəcək, ona görə də Qahirə tikintini mümkün qədər tez başa çatdırmaq niyyətindədir.

Cümə günü imzalanmış müqaviləyə əsasən, Misir tərəfi kurortun gəlirlərinin 35 faizini almaq hüququna malik olacaq.

Ras əl-Hikmə qəsəbəsi Aralıq dənizinin sahilindəki Matruh əyalətində yerləşir. Bölgədəki çimərliklərin ümumi uzunluğu 50 kilometrə çatır. Bu ərazidə turistlərin marağına səbəb ola biləcək çoxlu tarixi yerlər var.

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930