Bayramov Çunqonqla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Parlamentlərarası İttifaq arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, habelə regiondakı cari vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fikir mübadiləsi və təmasların qurulmasına töhfə verməsi baxımından Parlamentlərarası İttifaqın mühüm mandata sahib olmasını qeyd edərək, ölkəmizin də İttifaqın fəaliyyətində aktiv iştirak etdiyini bildirib. Parlamentlərarası İttifaq ilə ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə əsası qoyulmuş QH Parlament Şəbəkəsi arasında əməkdaşlığın geniş perspektivlərinin olduğu, bu istiqamətdə İttifaqın cari ilin mart ayında Cenevrədə keçiriləcək 148-ci Assambleyasının əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olacağı qeyd edilib.

Azərbaycanın 2024-cü ildə BMT sisteminin ən irimiqyaslı tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə görülən hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib, həmçinin Parlamentlərarası İttifaqın tədbirdə yaxından iştirak edəcəyinə ümidvarlıq ifadə olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov, ötən il Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra BMT və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin 30 ildən sonra ilk dəfə bölgəyə səfərinin təşkil olunduğunu bildirib. Ölkəmizin sərgilədiyi bu mövqeyə baxmayaraq, işğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra beynəlxalq təşkilatların hazırkı normallaşma gündəliyinə xələl gətirdiyi qeyd olunub. Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə qarşı atılan son addımın da bu qəbildən olan ikili standartların növbəti nümayişi kimi qiymətləndirdiyimiz diqqətə çatdırılıb.

Baş katib Martin Çunqonq ölkəmizə növbəti səfərindən məmnunluq ifadə edərək Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın uğurlu sədrliyinə inamını qeyd edən baş katib, sözügedən tədbirin təşkilatçılığı ilə bağlı öncəki sədrliklərlə yaxın təmasların qurulmasının Azərbaycanın görülən işlərə münasibətdə sistematik yanaşmanı nümayiş etdirdiyini bildirib.

Son xəbərlər

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Polis Akademiyasında andiçmə mərasimi olub

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ MÜHİTİNİN DƏRDİ...

Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir

Tanınmış reperin 72 mindən çox kommunal borcu var - Məhkəmə qərar verdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930