Turaztv.az » Xəbərlər » Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Xəbərlər

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

15.09.2026, 16:06 0
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Oxşar xəbərlər