Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkin - İcma ABŞ-dən tələb etdi

Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir.

İcmanın bəyanatında bildirilib ki, Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyası dini azadlıqlara dair hesabatının Azərbaycanla bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya yer verib.

"BMT missiyasının 2023-cü ilin oktyabr ayında Azərbaycanın Qarabağ bölgəsinə etdiyi səfərdən sonra dərc etdiyi hesabatda, oradakı mədəni və dini abidələrə heç bir zərər verilmədiyini təsdiq etməsinə baxmayaraq, Komissiya naməlum “insan haqları təşkilatları”nın hansısa narahatlıqları olduğunu qeyd edir.

Qeyd edək ki, bu hesabat Dövlət Departamentinin cari ilin may ayında bu mövzuda dərc etdiyi anti-Azərbaycan hesabatı ilə eyni dəsti-xətlə yazılıb. Komissiyanın hesabatının Dövlət Departamentinin hesabatından yeganə fərqi Azərbaycana qarşı iddialarını əsaslandırmaq üçün radikal millətçi erməni müəllifləri olan L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyana daha açıq şəkildə istinad etməməsidir", - bəyanatda vurğulanıb.

İcmadan bildirilib ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən ABŞ-nin sözügedən qurumu, nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir:

"Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir. ABŞ insan hüquqları və dini irs məsələsində səmimidirsə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli və Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir".(Modern.az)

Son xəbərlər

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031