Effektiv siyasət, xalqın öz Liderinə dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi - RƏY
Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində Ordumuzun gücü ilə yazdığı tarix Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri uzun əsrlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır. Bu, eyni zamanda, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə düşən, Ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Üç il əvvəl noyabrın 8-də mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin erməni işğalından azad edilməsinin tariximizə Zəfər Günü kimi yazıldığını vurğulayan deputat bildirib ki, Qələbəmizlə ərazi bütövlüyümüz bərpa edilib və qisas qiyamətə qalmayıb. Azərbaycan 30 il dünyadan Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalət gözləməklə bərabər, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirib, hüquqi bazanın yaradılmasına nail olub.

“Müharibədə Qələbəmizi şərtləndirən əsas amillərdən biri Azərbaycan xalqının Ali Baş Komandanı, ordusu ətrafında bir yumruq kimi birləşməsi, həmrəylik göstərməsi, insanlarımızın yaşından asılı olmayaraq, könüllü şəkildə döyüşə yollanmaq istəyi, mübarizə əzmi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazandığımız misilsiz Qələbə regionda yeni reallıq yaratdı. Azərbaycan “münaqişənin hərbi həlli yoxdur” tezisinin yanlış olduğunu sübuta yetirdi. 2020-ci il noyabrın 8-i Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür - Vətən müharibəsinin Qələbə ilə sonlandığı Zəfər Günüdür. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi”, - deyə deputat vurğulayıb.

Qeyd olunub ki, Vətən müharibəsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi üçtərəfli Bəyanatı yerinə yetirməkdən imtina edir, müxtəlif hərbi, siyasi təxribatlara əl atırdı. Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca "nəyi, nə zaman və necə" etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. 2023-cü il sentyabrın 19-da başladılan və cəmi 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim oldular, separatçı rejimin varlığına son qoyuldu.

“Oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr - Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. Bu qələbə təkcə son 30 ildə deyil, iki əsr ərzində gözlədiyimiz ümidlərimizin gerçəkləşməsi, milli varlığımızın, hər birimizin, gələcək nəsillərin özünütəsdiqi deməkdir. Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.

Son xəbərlər

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031