Kanadanın xarici işlər nazirinin açıqlamaları onun bölgədəki proseslərdən xəbərdar olmadığını göstərir – AÇIQLAMA
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanın havadarlarını ciddi narahat edib. Bu səbəbdən də bir sıra ölkələrin hökumət nümayəndələri Ermənistana səfər edərək, Azərbaycanın əleyhinə bəyanatlar səsləndirirlər. Kanadanın xarici işlər naziri Melani Coli də Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Azərbaycanın 30 il ərzində Ermənistanın işğalçı siyasətinə məruz qaldığını bildirən deputat işğal nəticəsində 1 milyondan çox insanın öz torpaqlarından qovulmasının, onların evlərinin, digər infrastrukturların tamamilə məhv edilməsinin beynəlxalq cinayət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, amma nədənsə, Kanada və digər ölkələr bütün bunlara görə Ermənistanı ittiham etmədi. Əksinə, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi onları narahat edir. Bu o deməkdir ki, həmin ölkələr üçün beynəlxalq hüquq heç bir məna kəsb etmir, onlar müəyyən maraqlar çərçivəsində siyasət yürüdürlər.

Deputatın sözlərinə görə, Kanadanın xarici işlər nazirinin açıqlamaları onun bölgədəki proseslərdən xəbərdar olmadığını göstərir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir.

S.Fətəliyevanın fikrincə, kanadalı nazirin Azərbaycanı sanksiyalarla hədələməsi isə isterikadan başqa bir şey deyil. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Eyni zamanda, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir.

"Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı” vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir. Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri belə yoxdur. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Azərbaycan Kanada kimi ölkələrin hansısa sanksiya hədəflərindən çəkinəcək dövlət deyil. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır", - deyə deputat vurğulayıb.

Son xəbərlər

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031