“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir - ŞƏRH
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Ermənistanın və onun havadarlarının bu məsələ ilə bağlı apardığı çirkin kampaniyanın məqsədi bölgədə vəziyyəti gərginləşdirməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıyır. Bu məntəqə Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.

“Sərhəd-buraxılış məntəqəsi Qarabağ separatçılarına silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Eləcə də, bu post sayəsində ərazidən təbii sərvətlərimizin qanunsuz çıxarılmasının qarşısı alınır. "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin beynəlxalq legitimliyi öz təsdiqliyini tapır. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın iddialarını qəti şəkildə təkzib edib”, - deyə S.Fətəliyeva vurğulayıb.

Deputatın sözlərinə görə, digər tərəfdən, Azərbaycan humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edir. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu fakt onu göstərir ki, “humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın və Fransa kimi ölkələrin marağındadır. Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz prinsipial mövqeyində haqlıdır və heç bir qüvvə dövlətimizin iradəsinə təsir edə bilməz.

Son xəbərlər

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb

TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib

347 milyon uşağın həyatı təhlükədədir - Xəbərdarlıq edildi

ADY-nin sərnişin daşımaları artıb

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Özəl klinikada “analiz biznesi”: Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Prezident qəbul keçirdi - Fotolar

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb: Nələr dəyişəcək?

Ofeliya Sənani xəstəxanalıq oldu

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

COVID-19 geri qayıdır? - Bu bölgədə aşkarlandı

Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?

Bakıdan rayonlara axın başlayır? - Yayılan siyahı təəccüb doğurdu

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib

Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031