Anomal istilər noyabrın ilk günlərində də davam edəcək - FOTO
Bəzi Avropa ölkələrində oktyabr ayının sonu anomal isti keçib. Son günlər qeyri-adi isti Londonda, Budapeştdə qeydə alınıb (+21°C). Adətən ilin bu dövründə hava kəskin soyuyur və yağış yağmağa başlayır. Lakin bu il İspaniyanın cənub sahillərində çimərlik mövsümü hələ də davam edir. Payızın isti keçməsindən əhali məmnun olsa da, alimlər o qədər də optimist deyillər və bunların hamısının iqlim dəyişmələrinin xəbərdarlıq əlamətləri olduğunu xatırladırlar.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva AZƏRTAC-a bildirib ki, adətən payızın ortalarında atmosfer sirkulyasiyasında dəyişikliklər baş verir, soyuq arktik hava kütlələrinin ölkəyə axını sentyabr ayına nisbətən daha tez-tez müşahidə olunur. Lakin nəzərə alsaq ki, havanın istiliyi hətta Sibirdə gün ərzində müsbət 15 dərəcəyə çatıb, o zaman Azərbaycanda belə mülayim havaya təəccüblənməyə dəyməz. Paytaxtda 22 gün ərzində havanın temperaturu iqlim normasından yüksək olub. Oktyabrın 27-də temperatur maksimum 31,4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb.
Qeyd edək ki, bu ilin oktyabr ayı temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən, 2012-ci ilin oktyabr ayına yaxın olub. Həmin il paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb. Lakin 2012-ci ildə rekord temperatur oktyabr ayının əvvəlində 32,7 dərəcə, son günlərində isə 21 dərəcə qeydə alınıb. 2023-cü ildə isə bunun əksi olaraq ayın sonunda artıq 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də 2023-cü ilin oktyabrını əminliklə ən isti ay adlandırmaq olar.
Anomal istilər noyabrın ilk günlərində də davam edəcək - FOTO


Nazir müavininin sözlərinə görə, anomal sinoptik şərait nəticəsində, yağıntıların mövsümi paylanması qanunauyğunluğu da pozulur: “Məsələn, bu ay ərzində Abşerona cəmi 8 millimetr yağıntı düşüb ki, bu da hətta iyun ayı normasından da azdır. Adətən oktyabr ayında təxminən 28 millimetr yağıntı qeydə alınır. Yağıntının miqdarı dağətəyi ərazilərdə oktyabr ayında adətən 120 millimetrə yaxın olduğu halda, bu il 44 millimetrə qədər qeydə alınıb ki, bu da yay fəsli normasının hətta yarısından da azdır.
Artıq altıncı aydır ki, okeanlarda rekord yüksək temperatur qeydə alınıb. Beləliklə, noyabr-dekabr aylarında ciddi dəyişikliklər olmasa, o zaman dünya alimlərinin fikrincə, 2023-cü il ən isti il ola bilər.
Noyabrın ilk günlərinə gəlincə, temperaturda ciddi dəyişikliklər proqnozlaşdırılmır. Oktyabr ayının tendensiyası noyabr ayının ilk günlərində də davam edəcək. Havanın temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da noyabrın iqlim normasından yüksəkdir”.

Son xəbərlər

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31