
Xəbərlər
16.10.2023, 10:09
BMT-nin Baş katibi İsrailə müraciət etdi

BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına humanitar yardım göstərməyə çağırıb
Turaztv.az qazeta.ru-ya istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına sürətli və maneəsiz humanitar girişi təmin etməyə çağırıb.
“Yaxın Şərqdə uçurumun astanasında olduğumuz bu dramatik anda iki güclü humanitar çağırış etmək BMT-nin Baş katibi kimi mənim borcumdur. İsrail humanitar yardımın, həmçinin Qəzza zolağındakı humanitar işçilərə çatdırılması üçün sürətli və maneəsiz çıxış təmin etməlidir”, - deyə Baş katib bildirib.
O, həmçinin Fələstinin HƏMAS hərəkatından girovların heç bir şərt qoyulmadan dərhal azad edilməsini istəyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












