Xəbərlər
11.10.2023, 01:18
Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
Qadın həndbolçularımız 2024-cü il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, milli komandamız ilkin təsnifat matçını səfərdə keçirəcək.
Bu gün Skopye şəhərində təşkil olunacaq oyunda rəqib Şimali Makedoniya komandasıdır.
Həndbolçularımız ardınca doğma azarkeşlər önünə çıxacaqlar. Komandamız oktyabrın 14-də “Bakı İdman Sarayı”nda İspaniya kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimizin qrupdakı digər rəqibi Litva kollektividir. Bu komanda ilə ilk oyun gələn ilin fevralın 28-də Bakıda olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay