MDB platformasında psixiatrik və narkoloji yardımın göstərilməsinin mükəmmələşdirilməsi məsələləri müzakirə olunub
Sentyabrın 28–29-da Yekaterinburqda onlayn formatda “Psixiatriya və narkologiyada innovativ texnologiyalar: diaqnostika, müalicə, reabilitasiya və yardımın təşkili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransın iştirakçıları müasir innovasiyalar nəzərə alınmaqla psixiatrik və narkoloji yardımın göstərilməsində təşkilati-hüquqi aspektləri, psixiki və davranış, o cümlədən psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntuları olan şəxslərin müalicəsi və reabilitasiyasında fərdiləşdirilmiş tibbin prinsipləri və yanaşmalarını bölüşüblər. Həmçinin streslə bağlı olan fövqəladə hallar və pozuntular vaxtı psixoloji-psixiatrik yardımın təşkili, psixiatriya və narkologiya sahəsində peşəkar təhsilin perspektivləri, psixi sağlamlığın qorunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi məsələləri üzrə məruzələr təqdim olunub.

Konfrans çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin aidiyyəti qurumlarının psixiatriya və narkologiya sahəsində İctimai şurasının iclası keçirilib.

İctimai şuranın üzvləri fövqəladə hallarda psixi və sosial-psixoloji fəsadların profilaktikası, intiharların profilaktikası, psixiki və narkoloji pozuntu hallarının azaldılması üzrə baza təşkilatının işçi qruplarının fəaliyyətinin nəticələrini, “Psixi sağlamlığın mühafizəsi məsələləri” jurnalının formalaşması və nəşrinin dövriliyi məsələlərini müzakirə edib, eləcə də Şuranın MDB səhiyyəsi sahəsində əməkdaşlıq üzrə növbəti iclasının gündəliyinə daxil etmək üçün təklifləri formalaşdırıblar.

Tədbirlərdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB-nin İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031