Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə bölgədəki son vəziyyəti müzakirə edib
Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı Rusiya Federasiyasına və həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparıldığı və istintaq tədbirləri barədə məlumat verilib.

Ceyhun Bayramov ölkəmiz tərəfindən Qarabağ bölgəsində beynəlxalq hüquq və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq mövcudluğunu davam etdirən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı görülən antiterror tədbirləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta post-münaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub.

Hazırda isə bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində tərəfimizdən əməli addımların atıldığı diqqətə çatdırılıb.

Bu prosesə paralel olaraq, Azərbaycan tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesi istiqamətində dialoqun irəlilədildiyi, bu xüsusda ötən gün Yevlax şəhərində Azərbaycan Hökuməti və yerli erməni sakinlərin nümayəndələri arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, bölgədə yaşayan dinc əhalinin ehtiyaclarının qarşılanması istiqamətində işlərin görüldüyü diqqətə çatdırılıb. Bu baxımdan, nazir Ceyhun Bayramov antiterror tədbirlərinin həm bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, həm də erməni sakinlərin reinteqrasiyası baxımından görülən işlərin intensivliyini artıracağına inandığımızı, bundan sonra da qeyd olunan istiqamətlərdə səylərimizi davam etdirəcəyimizi bildirib.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Onlar da Türkiyəni tərk edir

Ancelina Coli tarixi malikanəsini satdı

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

Bəzi uşaqlar niyə riyaziyyat dərsində uğursuz olur? Elmin cavabı

Türkiyədə yanlışlıq: Pasiyentin sağ qulağı əvəzinə sol qulağı əməliyyat edildi

SAFER-AZ layihəsi başlanılıb - FOTOLAR

Azərbaycan nefti ucuzlaşıb

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930