Xəbərlər
23.08.2023, 01:43
“F-16”ların ilk partiyası Ukraynaya 6-7 ay ərzində təhvil verilə bilər
Ukraynaya “F-16” təyyarələrinin ilk partiyası ən tez 6-7 ay ərzində təhvil verilə bilər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksii Reznikov bəyan edib.
“F-16” təyyarələrinin texniki xidmət, təmir və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən O.Reznikov, pilotlarla yanaşı, mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu qeyd edib.
Reznikov, Ukrayna səmasında ilk “F-16”ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk “F-16”ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.
Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, Hollandiya Ukraynaya 42, Danimarka isə 19 ədəd “F-16” təyyarəsi tədarük edəcəyini açıqlayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay