Hərbi şərhçi: Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür - FOTOLAR
Vətən müharibəsindən sonrakı dövrdə ordumuzun imkanları, döyüş hazırlığı və silah-texnika arsenalının daha da təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar aparılıb

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bizim hər hansı bir ssenariyə hazır olmağımızı bildirib. Dövlətimizin başçısı vurğulayıb: “Biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var”.
Hərbi şərhçi: Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür - FOTOLAR

Dövlətimizin başçısının Forumdakı çıxışını AZƏRTAC-a şərh edən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, Ali Baş Komandanımızın Azərbaycan Ordusunun imkanları, gücü haqqında səsləndirdiyi fikirlər Silahlı Qüvvələrimizdə son üç il ərzində həyata keçirilən mühüm islahatlara diqqətin yönəldilməsi məqsədi daşıyır. Belə ki, 2020-ci ilin Vətən müharibəsinədək ordumuzun imkanları, döyüş hazırlığı və silah-texnika arsenalının daha da təkmilləşdirilməsi üçün məhz bu müddətdə mərhələli islahatlara start verildi. Prezidentin də qeyd etdiyi həmin o fikirlər Azərbaycan Silahlı Qüvvələrində aparılan məhz bu yeniliklərlə bağlıdır. Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür.
Əvvəlcə Silahlı Qüvvələrimizdə yeni ordu birləşməsinin yaradılmasına start verildi, yəni Quru Qoşunlarının komandanlığı, ümumiyyətlə, strukturu formalaşdırıldı. Paralel olaraq isə Quru Qoşunlarının tərkibində komanda hərbi birləşmələri yaradıldı. Həmin proses Azərbaycan Ordusunun hazırkı peşəkar hərbi birləşməyə keçidi və peşəkar döyüşçülərdən formalaşdırılması istiqamətində atılan addımların üçüncü mərhələsi oldu.
Hərbi şərhçi: Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür - FOTOLAR

Ramil Məmmədlinin sözlərinə görə, birinci mərhələ Xüsusi Təyinatlı Qüvvələrin hazırlanması, ikinci mərhələ MAXE - yəni müddətdən artıq həqiqi hərbi xidmətlə bağlı müqavilə bağlayanların strukturunun formalaşdırılması, üçüncüsü isə komanda birləşməsinin yaradılması idi. Eyni zamanda, ordumuz artıq digər strukturlarda da silah-texnika arsenalının təkmilləşdirilməsi üçün ciddi addımlar atmağa başladı. Biz bu il ərzində yeni texnologiyaların Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə verildiyinin şahidiyik.
Əsasən döyüş, aviasiya vasitələrinin təkmilləşdirilməsi işləri həyata keçirilir, onların silah arsenalı yenilənir. Eləcə də birgə əməliyyatların aparılması istiqamətində bir sıra işlər görülür. Məhz bu günlərdə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri, həmçinin Quru Qoşunlarının Xəzər dənizində birgə keçirdiyi təlim buna nümunə ola bilər. Azərbaycan Ordusu elə bir mərhələyə gəlib çatıb ki, Qarabağda, ümumiyyətlə, erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi və tərk-silah edilməsi kimi məsələlər artıq qlobal problem deyil. Məhz Prezidentin söylədiyi məqamlar burada əsas xətt olaraq göstərilir.
“Silahlı Qüvvələrimizin bütün qoşun növləri və strukturu artıq yeni inkişaf mərhələsinə keçib. İndi qabaqcıl islahatlar, daha da modernləşmək, bütün ordulara xas olan formada ənənəvi yenilənmə prosesləri həyata keçirilir. Yəni bu gün Azərbaycan Ordusu bu baxımdan kifayət qədər irəliləyib. Sadəcə olaraq silah arsenalının, döyüş hazırlığının reallıqlara daha uyğun olaraq təkmilləşdirilməsi istiqamətində işlər aparır. Bu da təbii prosesdir, çünki dünyanın ən güclü ordularında belə işlər görülür”, - deyə hərbi şərhçi məlumat verib.
Azərbaycanın müdafiə sənayesi sektoru haqqında da fikirlərini bölüşən mərkəzin rəhbəri sonda əlavə edib ki, Silahlı Qüvvələrimizin güclənməsi həm də müdafiə sənayesi sektorunun inkişafına bağlı olan məsələdir. Məhz Azərbaycan müdafiə sənayesinin sektorunun paralel olaraq inkişafı, silah-texnika istehsalı sahəsindəki yeniliklər ümumilikdə Azərbaycanın müdafiə imkanlarının genişlənməsinə xidmət edir.
Hərbi şərhçi: Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür - FOTOLAR
Hərbi şərhçi: Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür - FOTOLAR
Hərbi şərhçi: Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür - FOTOLAR
Hərbi şərhçi: Bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür - FOTOLAR

Son xəbərlər

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930