Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür.

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Son xəbərlər

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Generala yeni elmi ad verildi

İngiltərə Premyer Liqası: “Arsenal” çempionluq yolunda vacib qələbə qazanıb

ChatGPT insanı saniyələr içində "oxuya" bilər - Şəxsiyyət təhlili üçün 10 sorğu

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb

Ölkədə pensiya yaşı 60-a SALINIR?

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

“Küçük İbo” illər sonra - Fotolar

SÖZÜN KAPİTANI - FOTO

Xalq şairmiz Sabir Rüstəmxanlının 80 illik yubileyinə - FOTO

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031