SÜBHAN KAMALOĞLUNUN  ŞEİR ALƏMİ - FOTO
ANALAR

Tufanda,çovğunda,qarda,boranda,
Balanın dalınca gələr analar.
Ya kədərin olsa, ya qəmin olsa,
Bir anda qəlbində bölər analar.

Oğluna həyandı, qızına sirdaş,
Bacı güman yeri,arxadı qardaş,
Balaları üçün tökər qanlı yaş,
Onlara xoşbəxtlik dilər analar.

Ananın başına dolanaq biz də,
Ananın yeri var ürəyimizdə,
Ananın haqqı var hər birimizdə,
Hər kəsin yerini bilər analar.

Yaranmış bir canlı anasız deyil,
Uca dağ olsan da, anaya əyil,
Ananın balası tək Sübhan deyil,
Nəvələri şirin-şəkər analar.


AYRI DÜŞMƏSİN


Arzum diləyimdir Qadir Allahım,
Bülbülü gülündən ayrı düşməsin.
Qartal zirvəsindən, sona gölündən,
Ceyranı çölündən ayrı düşməsin.

Zatı qırıq olan heç xoşa gəlməz,
İlhamı olmayan bil, coşa gəlməz.
Yalquzaq tək gəzər, o qoşa gəzməz,
Qurd da öz elindən ayrı düşməsin.

Sübhan çox gəzibdir düzü-dünyanı,
Anladım nadanı, könül duyanı,
Torağay yol sevər, kəklik qayanı,
Quba-qaz gölündən ayrı düşməsin.


DOYMARAM


Ömrüm boyu gecə-gündüz gəzsəm də,
Dağlardan kamımı alıb doymaram.
Suyu can dərmanı, havası məlhəm,
O yerlərdə qonaq qalıb doymaram.

Yamacları yenə qucaqlayıb qar,
Günəş çıxdı, qarda olmaz etibar.
Mənim o yerlərdə sözüm, sazım var,
Bir ömür sazımı çalıb doymaram.

Ümidlə həyatda yaşayır insan,
Fərmanı yerinə yetirir zaman.
Sübhan fəryad edib,deyir ay aman,
Dərin xəyallara dalıb doymaram.


OLMASIN


Mənim bu dünyada bir istəyim var,
Bülbülü bağçadan, güldən olmasın.
Yaylağa yaraşıq obadır, eldir,
Yaşılbaş sonalar göldən olmasın.

Nə zövq alarsan ki, xəzəlli bağdan,
Çürümüş meyvədən, qurumuş tağdan?
Ceyranı, cüyürü, maralı dağdan,
Turacı,kəkliyi çöldən olmasın.

Qoy axsın dağların buzbulaqları,
Artsın yurdumuzun sərvəti, varı.
Sübhanam, qoruyaq əhdi, ilqarı,
Elin şair oğlu eldən olmasın.


DAĞLAR


Yayda ellər köç eyləyər,
Bilinirmi sanı, dağlar?
Çox igidlər yola salıb,
Çoxda bəyi,xanı dağlar.

Sanki,bir-bir arayarsan,
Saçlarını darayarsan.
Hər bir kəsə yarayarsan,
Qurbanverrəm canı,dağlar.

Kimi gəlib abad eylər,
Kimi adın bərbad eylər.
Hərə bir cürə ad eylər,
Yaxşı-pisi tanı,dağlar.

Sübhan nə köhlənlər yordu,
Nişan alıb ovlar vurdu.
Qoşun-qoşun, ordu-ordu,
Nələr gördün fani,dağlar.


HƏSRƏTİNDƏYƏM


Yalçın qayalarda bitən,güllərin həsrətindəyəm.
Maralları yorğun düşən,çöllərin həsrətindəyəm.

İnsan var, hər dərdi duyan,İnsan var, yurd viran qoyan.
Min daş atsan bulanmayan,göllərin həsrətindəyəm.

Qartalları dağdan enən,daşlarında kəklik dinən.
Günü toy-bayrama dönən,illərin həsrətindəyəm.

Zirvələri fəth eyləyən,qərarını qət eyləyən.
Düz sözünü sərt eyləyən,dillərin həsrətindəyəm.

Sübhan düşüb çox aralı,qəlb olur hərdən yaralı.
Görəsən necədir halı?–Ellərin həsrətindəyəm.

SÜBHAN KAMALOĞLUNUN  ŞEİR ALƏMİ - FOTO
SÜBHAN KAMALOĞLUNUN  ŞEİR ALƏMİ - FOTO
SÜBHAN KAMALOĞLUNUN  ŞEİR ALƏMİ - FOTO
SÜBHAN KAMALOĞLUNUN  ŞEİR ALƏMİ - FOTO

Son xəbərlər

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930